“Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC-nin İdarə Heyətinə yeni sədr seçiləcək.




Sfera.az bildirir ki, bu barədə İqtisadiyyat.az ASC-dən məlumat əldə edib.


 


Qeyd edilib ki, yeni sədr məsələsi ilə bağlı fevralın 23-də şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.


 


Yığıncağın gündəliyinə bir məsələ daxil edilib ki, bu da sədrin seçilməsidir. 


 


Qeyd edək ki, “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 93268 manat, qanuni təmsilçisi isə hazırda Samir Vaqif oğlu Qibləliyevdir.