Evdə gündəlik istifadə etdiyimiz qaşıq, çəngəl, bıçaq və qab-qacaqların üzərində tez-tez “18/10” işarəsinə rast gəlirik.
Sfera.az bildirir ki, bu göstərici məhsulun paslanmayan poladdan hazırlandığını və tərkibini ifadə edir.
18/10 nə deməkdir?
Bu işarə poladın tərkibində 18% xrom və 10% nikel olduğunu göstərir. Xrom paslanmaya qarşı qoruyur, nikel isə poladı daha möhkəm, parlaq və davamlı edir. Eyni zamanda 18/8 (18% xrom, 8% nikel) və 18/0 (nikelsiz) növləri də mövcuddur.
Niyə 18/10 daha üstündür?
18/10 paslanmayan polad:
Paslanmaya və ləkələrə daha davamlıdır
Turşulu qidalar və yüksək istilik üçün uyğundur
Parlaqlığını uzun müddət saxlayır
Qazan, tava və süfrə ləvazimatları üçün idealdır
Hansı növ seçilməlidir?
Gündəlik istifadə və keyfiyyət baxımından 18/10 və 18/8 poladlar daha tövsiyə olunur. Nikelə həssaslığı olan şəxslər isə 18/0 (nikelsiz) məhsullara üstünlük verə bilərlər.
Qida ilə təmas üçün istehsal edilən 18/10 polad sağlamlıq baxımından təhlükəsiz hesab olunur və gündəlik istifadədə risk yaratmır.
Aynil