Əfsanəvi "Karvan" qrupunun yaradıcılarından biri olan Sevinc Kərimova vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə aparıcı Leyla Quliyeva sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, Sevinc Kərimova “Karvan” qrupunun və Bakı Payızı müsabiqəsinin yaradıcılarından biri olub, həmçinin bəstəkar Mikayıl Vəkilovun həyat yoldaşı idi.
Qeyd edək ki, Sevinc Kərimova ailəsi ilə birlikdə ABŞ-da yaşayırdı.