Amerikanın məşhur animasiya serialı “Simpsonlar” illər sonra gerçəkləşən proqnozları ilə yenidən gündəmə gəlib.
Sfera.az bildirir ki, bu dəfə pərəstişkarlar serialın müxtəlif epizodlarında 2026-cı ilə işarə edən mümkün qlobal ssenarilər aşkar etdiklərini iddia edirlər.
Süni intellekt və iş yerləri
2012-ci ildə yayımlanan epizodda robotların insanları iş yerlərindən sıxışdırması göstərilir. Bu gün isə bir çox şirkət artıq süni intellekti aktiv tətbiq edir. Mütəxəssislər texnologiyanın bəzi peşələri sıradan çıxara biləcəyini, lakin uyğunlaşanlar üçün yeni imkanlar yaradacağını bildirirlər.
Kosmos turizmi
Serialda Homer və digər personajların kosmosa səyahəti gələcəyin adi halı kimi təqdim olunur. Bu proqnoz hazırda kosmos turizmi layihələri ilə qismən reallığa çevrilməkdədir.
Yeni epidemiya təhlükəsi
1993-cü il epizodunda Asiyadan yayılan uydurma virusun yaratdığı panika təsvir edilir. Bu ssenari COVID-19-dan sonra yeni epidemiya ehtimallarını xatırladır.
“Ağıllı evlər” və texnologiya riski
2001-ci ildə səslə idarə olunan ev texnologiyasının təhlükəli hala gəldiyi göstərilir. Bu gün ağıllı ev sistemlərinin sürətlə yayılması bu epizodu yenidən aktual edir.
Təbii fəlakətlər və ekoloji böhran
Serialda qar fırtınaları və ekoloji çirklənmə ilə bağlı bir çox səhnə yer alır. İqlim dəyişikliyi fonunda bu mövzular daha real görünür.
Yerdənkənar həyat və qlobal münaqişə
Bəzi bölümlərdə yadplanetlilərlə təmas və Üçüncü Dünya Müharibəsinə eyhamlar edilir. Hələlik bunlar reallıq deyil, lakin serialın azarkeşləri bu ssenariləri diqqətlə izləyir.
Qeyd edək ki, “Simpsonlar”da təsvir olunan hadisələr rəsmi proqnoz deyil və daha çox satirik yanaşmadır. Buna baxmayaraq, serialın keçmiş “təsadüfi dəqiqliyi” onu daim müzakirə mövzusuna çevirir.
Aynil