İtalyan kino və musiqisinin canlı əfsanəsi Adriano Çelentanonun 6 yanvarda 88 yaşı tamam oldu.


 


Sfera.az bildirir ki, xarizması və unudulmaz rolları ilə tanınan sənətçi illərdir İtaliyanın ən sevilən simalarından biri hesab olunur.


 




Çelentanonun həyatının əsas qadını aktrisa Klaudiya Mori olub. Onlar 1963-cü ildə tanış olub, 1964-cü ildə gizli nikaha daxil olublar. Cütlüyün üç övladı var və Mori uzun illər onun həm həyat yoldaşı, həm də prodüseri olub.


 




Sənətçinin Ornella Muti də daxil olmaqla bəzi ekran tərəfdaşları ilə bağlı şayiələr yayılsa da, Çelentano ailənin onun üçün hər zaman ön planda olduğunu bildirib. Gənclik illərində böyük populyarlıq qazanan aktyor bu gün sakit həyat tərzi sürür və ictimaiyyət qarşısına nadir hallarda çıxır.


 


88 yaşında da Adriano Çelentano kino və musiqi tarixinin silinməz adıdır.


 


Aynil