İnanılmaz görünsə də, 21-ci əsrdə Nepalin bəzi bölgələrində qadınlar menstruasiya dövründə və ya doğuşdan sonra “Çaupadi” adlı qədim hindu adətinə görə evlərindən çıxarılaraq daxmalara yerləşdirilir. Bu təcrübə qadınların “natəmiz” və ya bədbəxtlik gətirən hesab edilməsi kimi inanclara əsaslanır.


 




Sfera.az bildirir ki, Çaupadi qadınların mətbəxə girməsini, ailə üzvləri ilə təmasını qadağan edir və onları təhlükəli şəraitdə yaşamağa məcbur edir. Daxmalarda donma, ilan sancması və tüstüdən zəhərlənmə kimi səbəblərlə ölüm halları da qeydə alınıb.


 




Bu məcburi təcrid qadınların təhsilini və sosial həyatını da ciddi şəkildə məhdudlaşdırır. Nepal hökuməti Çaupadini cinayət elan edib və buna məcbur edənlər üçün həbs və cərimə nəzərdə tutulub. Lakin fəallar bildirir ki, problem hələ də bəzi kəndlərdə davam edir.


 


Aynil