Böyük Britaniyada uşaqlıq piylənməsi ilə mübarizə məqsədilə sağlam olmayan qidaların reklamına ciddi məhdudiyyətlər tətbiq edilib. “


 


Sfera.az bildirir ki, The Guardian”ın məlumatına görə, tərkibində yüksək yağ, duz və şəkər olan məhsulların televiziya reklamı saat 21:00-dan əvvəl qadağan edilib, internet reklamları isə tamamilə bloklanıb.


 




Qadağa qəlyanaltılar və fast food brendləri daxil olmaqla 13 məhsul kateqoriyasını əhatə edir və Reklam Standartları Təşkilatı (ASA) tərəfindən icra olunacaq. Qida Fondunun nümayəndəsi Anna Teylor bu addımı uşaqların sağlamlığı üçün dünya miqyasında qabaqcıl qərar kimi qiymətləndirib.


 




Qeyd olunur ki, bəzi brendlər artıq məhsul reklamı əvəzinə yalnız brend adlarını tanıdan çarxlara üstünlük verirlər.


 


Aynil