İsmayıllı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.


 


Sfera.az bildirir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rəhbərliyi ilə keçirilən qəbulda rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul zamanı rayon sakinlərinin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı şəkildə araşdırılıb.


 


Vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib, aidiyyəti qurumların rəhbərlərinə məsələlərə operativ və məsuliyyətlə yanaşılması barədə tapşırıqlar verilib.


 


Qəbulda səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.