Balakəndə kafedə yanğın olub.


 


Sfera.az xəbər verir ki, Balakən rayon Talalar kəndi ərazisində yerləşən 1973-cü il təvəllüdlü Məmmədov Asif Məhəmməd oğluna məxsus kafedə yanğın baş verib.


 


Yanğın yerinə Balakən Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub.


 


Yanğın zamamı ümumi sahəsi 80 k/m olan kafenin 20 kv.metr mətbəxt hissəsi və 40 k/m çardaq hissəsinin yanar konstrukdiyaları yanıb.


 


Kafenin qalan hissısi yanğından mühafizə olunub.