ABŞ Venesuelanın neftinin satışına başladığını açıqlayıb. Belə olduqda sual yaranır:bu addım neft bazarına çıxarılacaq Venesuela neftinin qiymətlərinə ciddi təsir göstərə bilərmi? Hazırkı hasilat və ixrac potensialı kifayət qədər böyükdürmü?
Suallarımızı cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Venesuela neftini bazara çıxarsa, bu bazarda əlavə təklif deməkdir və nəzəri olaraq qiymətləri azalda bilər:
“Amma bunun təsiri hasilat və ixrac həcminə bağlıdır. Venesuela neft sənayesi uzun illər investisiya çatışmazlığı və texniki problemlərlə üzləşib, gündəlik hasilatı hazırda təxminən 700-800 min barrel civarındadır ki, bu da qlobal tələbin təxminən 1%-inə bərabərdir”.
Ekspert qeyd edib ki, infrastruktur və siyasi qeyri-müəyyənlik ixracı dərhal artıra bilmir:
“Bu səbəbdən ABŞ-nin Venesuela neftini bazara çıxarması qiymətləri azacıq aşağı sala bilər, amma qlobal bazarda ciddi dəyişiklik yaratması ehtimalı azdır. Təsir daha çox bazarın psixoloji reaksiyası və geopolitik amillərlə bağlı ola bilər”.
Niyaz Hacıyev
Sfera.az