Probiotiklərlə zəngin qidaların gündəlik qidalanmada istifadəsi bağırsaq sağlamlığını dəstəkləyir.


 


Sfera.az xəbər verir ki, qatıq, kefir, turş kələm, kimchi, kombucha, miso və tempeh kimi fermentləşdirilmiş məhsullar faydalı bakteriyalarla zəngindir və həzm sistemini gücləndirir.


 


 Qidaların etiketində “live & active cultures” yazısı olan məhsullar probiotik baxımından xüsusilə üstün hesab olunur.


 


Qeyd edək ki, probiotiklərlə yanaşı prebiotik qidaların (sarımsaq, soğan, banan, tam taxıllar) qəbulu da bağırsaqdakı faydalı bakteriyaların fəaliyyətini artırır.


 


Gündəlik rasionda fermentləşdirilmiş qidaların istifadəsi yalnız həzm üçün deyil, ümumi sağlamlıq və immunitet üçün də vacibdir.


 


Niyaz Hacıyev


Sfera.az