Dövlət Gömrük Komitəsinə Aparat rəhbəri təyin olunub.


 


Sfera.az "Unikal"a istinadla bildirir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.


 


Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Əsədov Kənan Elmar oğlu DGK-nin Aparat rəhbəri təyin edilib.


 


30 yaşlı K.Əsədov 2023-ci ilin oktyabr ayından Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunmuşdu.