37 yaşlı barbadoslu müğənni Rihanna Sevgililər Gününə həsr olunmuş özünün “Savage x Fenty” brendinin yeni alt paltarları kolleksiyasını təqdim edib. Sənətçi sevgi ilahəsindən ilhamlanaraq heyrətamiz görünüşlərdə poza verib.
Sfera.az bildirir ki, Rihanna yeni kolleksiyanın bir neçə dəstini, o cümlədən bədən quruluşunu vurğulayan qırmızı alt paltarlarını sınatıb. O, fotoları “İnstaqram”da paylaşıb.
Kolleksiya Sevgililər Gününə xas olan çalarları özündə birləşdirir və çəkilişin özü qədim yunan sevgi və gözəllik ilahəsi Afroditaya bənzəmək üçün tərtib edilib. Həmçinin müğənni saçlarını açıq qoyub, təbii makiyajı ilə çəhrayı ənlik çəkərək şəklin altına Afroditanın vəhşi təbiəti haqqında bir ifadə əlavə edib.
Qeyd edək ki, “Savage x Fenty” brendi 2018-ci ildə təsis edilib və inklüzivliyə vurğu etməsi sayəsində populyarlıq qazanıb. Brend geniş ölçü çeşidi təklif edir, bütün forma və ölçülərdə gözəlliyi təbliğ edir, Rihanna özü isə reklam kampaniyalarında fəal iştirak edərək özünü sevmək və qəbul etmək mesajı ötürür.
Xatırladaq ki, Rihanna və A$AP Rocky kimi tanınan sevgilisi Rakim Myersin 13 sentyabrda qız övladı dünyaya gəlib. Daha əvvəl bir qız övladı olana qədər övlad dünyaya gətirməyi planlaşdırdığını deyən Rihanna isə bu xəbəri ictimaiyyətə körpənin doğulmasından 1,5 həftə sonra açıqlayıb.
Aynil