Yanvarın 8-i axşam saatlarında ballistik raket buraxılışı təhlükəsi səbəbindən Ukraynada genişmiqyaslı hava hücumu xəbərdarlığı verilib.


 


Sfera.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının "Telegram" kanalına və Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.


 


"Kiyevdə PUA-ların hücum təhlükəsi ilə əlaqədar hava hücumu xəbərdarlığı elan edilib. Şəhər sakinlərini dərhal sığınacaq axtarmağa və xəbərdarlıq bitənə qədər orada qalmağa çağırırıq", - deyə saat 23:28-də verilən açıqlamada bildirilir.


 


Bir neçə dəqiqə ərzində həyəcan siqnalı bütün Ukraynaya yayılıb. Monitorinq kanalları qitələrarası ballistik raketin - "Oreshnik" raketinin buraxılması təhlükəsi barədə məlumat verib.


 


Hazırda Ukrayna Hərbi Hava Qüvvələri də ballistik silahların istifadəsi təhlükəsi ilə bağlı məlumatı təsdiqləyib.


 


Bu arada, Kiyevdə dron hücumu fonunda hava hücumundan müdafiə sistemlərinin səsi və partlayışlar daim eşidilir.


 


"Ruslar Kiyevə hücum edir. Xahiş edirik, təhlükəsiz yerlərdə qalın", - Kiyev Şəhər Müdafiə Ordusunun rəisi Timur Tkaçenko təsdiqləyib.