Beynəlxalq Kosmik Stansiya (BKS) 2026-cı ilə doğru orbitdə hərəkət edərkən NASA astronavtı Kris Uilyams Yer kürəsində diqqətçəkən bir mənzərəyə şahid olub.
Sfera.az xəbər verir ki, görüntülər U.S. Embassy Baku “X” sosial platformasında paylaşılıb. Astronavt Yeni il münasibətilə Azərbaycanın paytaxtı Bakının səmasını işıqlandıran möhtəşəm atəşfəşanlığı kosmosdan lentə alıb.
Görüntülər Nikon Z9 kamerası vasitəsilə çəkilib. Kadrlarda Bakının gecə səmasının parlaq işıqları və bayram atəşfəşanlığının orbitdən belə aydın görünməsi əks olunub. Foto və videolar paytaxtın Yeni il gecəsində yaratdığı vizual effekti Yer kürəsindən minlərlə kilometr uzaqlıqdan nümayiş etdirir.
Kosmosdan çəkilən bu kadrlar Bakının bayram ab-havasının qlobal miqyasda diqqət çəkdiyini və şəhərin gecə işıqlandırmasının nə qədər təsirli olduğunu bir daha ortaya qoyur.
Fidan Hacızadə
Sfera.az