ABŞ administrasiyası və Kiyev nümayəndələri Ukrayna böhranının mümkün həlli üçün bir plan üzrə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Nəşrin məlumatına görə, Trampın planının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəldikdən sonra Ağ Ev Rusiya rəhbərliyindən bu təklifə aydın cavab gözləyir. Portal daha əvvəl xəbər verirdi ki, Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə iki günlük danışıqlardan sonra Parisdə amerikalı danışıqçılar Stiven Vitkoff və Cared Kuşnerlə görüşüb.
Niyaz Hacıyev
Sfera.az