Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. 


 


Sfera.az  xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.


 


Bildirilib ki, bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.