“Honor”un yeni ağıllı telefonu “Magic 8 Pro Air” kompakt dizaynı və güclü texniki xüsusiyyətləri ilə diqqət çəkəcək.
Sfera.az xəbər verir ki, məlumata görə, Çin bazarında maraqla gözlənilən bu yeni cihaz, “Magic 8” və “Magic 8 Pro” modellərindən sonra seriyaya əlavə olunur və istifadəçilərə güclü aparat təminatını incə korpusda təqdim etməyi hədəfləyib.
Məlumatlara əsasən, “Magic 8 Pro Air” yalnız 6,3 mm qalınlığında və təxminən 158 qram çəkidə olacaq. Cihazın ön tərəfində isə 1.5K parlaqlıq 6,3 düymlük düz OLED ekranin yer alması gözlənilir.
Telefon “Android 16” bazalı “MagicOS 10” əməliyyat sistemi ilə satışa çıxacaq və “MediaTek”in güclü “Dimensity 9500” çipseti ilə təchiz olunacaq. 90W sürətli şarj dəstəyi olan 5500 mAh batareya təqdim edəcək cihazın simsiz şarj dəstəyi olmayacağı bildirilib.
Model qara, ağ, bənövşəyi və narıncı rəng seçimləri ilə təqdim olunacaq və markanın iddialı olduğu telefoto kamera sensoru cihazda yer alacaq.
Məlumatlara görə, “Honor Magic 8 Pro Air” 17 fevralda, Çin Yeni ili öncəsi “Magic 8 RSR” modeli ilə birlikdə rəsmi təqdim ediləcək.
Bəsti Rəfizadə
Sfera.az