Bakıda mənzildən 31 yaşlı şəxsin meyiti tapılıb.


 


Sfera.az xəbər verir ki, hadisə Nizami rayonu Ə.Hacıyev küçəsi 8 ünvanındakı binada baş verib.


 


Dünən axşam saatlarında orada yaşayan 1995-ci il təvəllüdlü Pərviz Məmmədovun meyiti aşkar edilib.


 


Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Ekspertizalar təyin edilib.