Türkiyədə davam edən fırtına insan tələfatına səbəb olub. 




Sfera.az xəbər verir ki, təbii fəlakət nəticəsində ölkənin müxtəlif bölgələrində 5 nəfər həyatını itirib.


 


Bildirilib ki, təbii fəlakət İstanbul, Bursa, Aksaray, Aydın, Karaman və Dənizli vilayətlərində ciddi fəsadlara səbəb olub. Bursada güclü küləyin divarı aşırması, Aksarayda isə damın uçması səbəbindən iki nəfər vəfat edib. Aydın şəhərində isə dənizə düşən şəxsin həyatını xilas etmək mümkün olmayıb. 




Təbii fəlakət İstanbulda da həyatı iflic edib. Məlumata görə, şəhərin bəzi yerlərində küləyin sürəti 75-80 km/saata çatır.




İstabvulda güclü külək nəticəsində sahilə yaxın yolları su basıb.