Yerevan və Bakı Ermənistandan Azərbaycana brend xammal, alüminium folqa, alüminium folqa xammalı, ferromolibden, ev heyvanları, siqaret və tekstil məhsullarının ixracı imkanları ilə bağlı danışıqlar aparırlar.


 


Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Factor.am”a verdiyi müsahibədə bildirib.


 


“Müəyyən məhsulların idxalına maraq göstərən Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi onları maraqlandıran müəyyən məhsulların siyahısını təqdim edib, ixrac edə biləcəyimiz miqdarı göndərmişik. Güllər, istixana məhsulları - pomidor, bibər də siyahımızdadır. Təxmini qiyməti təklif etmişik”, - deyə Papoyan əlavə edib.


 


Ermənistanın iqtisadiyyat naziri hələlik ilk ixracın tarixlərini dəqiqləşdirməyib. Lakin onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycan şirkətləri razılığa gəldikdə baş verəcək.


 


Firuzə Əliyeva


Sfera.az