“Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb.


 


 


Sfera.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb.


 


 


 


Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 


 


 


 


“Ağ-qaralar”ın qollarını 67-ci dəqiqədə Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurublar.


 


 


 


“Neftçi” toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.