Rusiya tərəfindən həyata keçirilən PUA hücumu nəticəsində Qara dənizdə iki ticarət gəmisi hədəfə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini Aleksey Kuleba məlumat yayıb.


 


Onun sözlərinə görə, Odessada taxıl yükləmək üçün hərəkətdə olan “Sent Kitts” və “Nevis” adlı gəmilərə zərbə endirilib.


 


Hücum nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.