İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlu barəsində sənədlər əsasında aparılan baxış zamanı onun həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verilib.
Sfera.az bildirir ki, korrupsiya işi üzrə həbsdə olan digər təqsirləndirilən şəxslərin də həbs qətimkan tədbiri uzadılıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu ötən il iyulun 16-da 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, “terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq” ittihamından bəraət alsa da, dövlət məmurunu təhqir və hədə-qorxu maddələri ilə cəzalandırılıb.