“Halef” serialında gözlənilməz ayrılıq yaşanacaq.


 


Sfera.az-ın məlumatına görə, “Halef” serialında tamaşaçıları təəccübləndirən ayrılıq yaşanacaq. Layihənin baş rollarından birini canlandıran məşhur aktrisa Aybüke Pusat seriala vida etməyə hazırlaşır.


 


Məlumata əsasən, aktrisa mövsümün sonunda ekran işi ilə yollarını ayıracaq. Onun serialdan ayrılmasının ssenari xəttinə necə təsir edəcəyi isə hələlik açıqlanmayıb.


 


Qeyd edək ki, “FOX” kanalında yayımlanan “Halef” serialında digər baş rolları İlhan Şen və Biran Damla Yılmaz canlandırır. Aybüke Pusatın ayrılığı layihədə ciddi dəyişikliklərə səbəb ola bilər.