Hollandiyanın Overijssel əyalətində yerləşən Giethoorn avtomobilsiz həyatı ilə tanınır.
Sfera.az bildirir ki, kənd mərkəzində yol yoxdur, nəqliyyat yalnız kanallar və qayıqlar vasitəsilə həyata keçirilir. Səssiz elektrikli qayıqlar, taxta körpülər və saman damlı evlər buranı “Hollandiyanın Venesiyası”na çevirib.
Giethoorn təxminən 180 taxta körpü ilə birləşdirilən kiçik adacıqlardan ibarətdir. Körpülər yalnız piyadalar üçündür, dar cığırlar isə gəzinti və velosiped sürmək üçün istifadə olunur. Ziyarətçilər avtomobillərini kənd girişində saxlayırlar.
Tarixi XIII əsrə gedib çıxan kənd memarlığını və təbiətini bu günə qədər qoruyub saxlayıb. Yaxınlıqdakı Weerribben-Wieden Milli Parkı isə qayıq turları, yürüş yolları və qışda buz konkisürməsi ilə Giethoornu ilboyu cazibədar edir.
Aynil