2026-cı ilin əvvəlində Böyük Britaniyada baş verən ən müəmmalı UNO hadisələrindən biri – Rendlesham Meşəsi olayı yenidən gündəmə gəlib. Hadisə 40 ildən çox əvvəl Suffolkda ABŞ Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında qeydə alınıb.
Sfera.az bildirir ki, əsgərlər meşədə naməlum narıncı işıqlar və mənşəyi bilinməyən obyekt müşahidə ediblər. Bazanın komandir müavini Çarlz Holt hadisə ilə bağlı rəsmi hesabat təqdim edib və sənəd sonradan məxfilikdən çıxarılıb.
Şahidlərdən biri, çavuş Ceyms V. Penniston naməlum obyektə toxunduğunu və beyninə sirli bir kodun telepatik ötürüldüyünü iddia edib. O, bu məlumatı illər sonra kitabında yayımlayıb. Kodda müxtəlif coğrafi koordinatlar və “mənşə ili 8100” ifadəsi yer alır ki, bu da mesajın guya gələcəkdən göndərildiyi ehtimallarını gücləndirir.
Tədqiqatçılar koordinatların dünyanın qədim tarixi məkanlarına uyğun gəldiyini bildirirlər. Jurnalist Dr. Devid Klark isə Rendlesham hadisəsinin hələ də tam izahı olmayan bir sirr olaraq qaldığını vurğulayır.
Aynil