Ziya Bünyadov prospektində BYD markalı elektromobil yanıb, sürücü xəsarət alıb


 


Sfera.az xəbər verir ki, Bakının Ziya Bünyadov prospektində BYD markalı elektromobil yanıb.


 


Məlumata görə, avtomobil hərəkətdə olarkən alışıb. Sürücü bir müddət yanğın davam etdiyi halda avtomobili idarə etməyə çalışıb və nəticədə xəsarət alıb. 


 


Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.