Rusiyanın Kamçatka vilayəti sahillərində 4,9 bal gücündə zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 486 km məsafədə yerləşib, hiposentrin dərinliyi isə təxminən 27,5 km təşkil edib.