Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı 77 nəfər şübhəli şəxs tutulub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində paylaşım edib. Nazir bildirib ki, saxlanılan şəxslərdən 43-ü barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər isə məhkəmə nəzarətinə götürülüb. Digər şübhəlilərlə bağlı hüquqi prosedurlar davam etdirilir. Məlumata əsasən, əməliyyatlar Afyonkarahisar, Aksaray, Ankara, Antalya, Burdur, Bursa, Çankırı, Çorum, Diyarbəkir, Düzce, Edirne, Elazığ, Eskişehir, Giresun, Gümüşhane, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Muğla, Ordu, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van, Yozqat və Zonquldak vilayətlərində həyata keçirilib.
Ali Yerlikaya vurğulayıb ki, milli iradəyə qarşı qurulan bütün planlar ardıcıl şəkildə ifşa olunur: “Dövlətimizin bütövlüyünə və xalqımızın təhlükəsizliyinə qarşı yönələn hər cəhdlə mübarizəmiz qətiyyətlə davam edəcək”.
Fidan Hacızadə
Sfera.az