Britaniyanın Uels bölgəsində yaşayan Uilyam Ap Howell cəmi 80 nəfər əhalisi olan bir kənddə 5 qadından 43 uşaq atası olub.


 


Sfera.az bildirir ki, kilsə qeydlərinə görə, o, 105 il yaşayıb və ömrünün sonunadək sağlamlığını qoruyub.


 


81 il ərzində ata olan Uilyamın birinci həyat yoldaşından 22, ikincidən 10, üçüncüdən 4 övladı olub. Daha iki qadından isə ümumilikdə 7 uşağı dünyaya gəlib. Ən kiçik övladı onun vəfatı zamanı cəmi 2,5 yaşında idi.


 


Tarixçilər onu “adanın ən məhsuldar atası” adlandırır. Bu qeyri-adi həyat hekayəsi kənd kilsəsini də məşhurlaşdırıb və dəfnində 300-ə yaxın insan iştirak edib.


 


 


Aynil