Avropa ölkəsi olsa da, Estoniya hələ də kütləvi turizmdən kənarda qalıb.
Sfera.az bildirir ki, ölkənin yarıdan çoxu meşələr və torflu ərazilərlə örtülüdür, Baltik dənizi boyunca isə 2000-dən çox ada yerləşir.
Naissaar tərk edilmiş sovet hərbi obyektləri ilə, Hiiumaa isə mayakları, çimərlikləri və sakit təbiəti ilə tanınır. Adalara müasir və rahat bərələrlə çatmaq mümkündür.
Estoniyada həyat tələsmir – təbiət gəzintiləri, açıq hava fəaliyyəti və sauna mədəniyyəti ön plandadır. Paytaxt Tallinn isə orta əsr memarlığını qoruyaraq tarix və sakitlik axtaranlar üçün fərqli atmosfer yaradır.
Bu xüsusiyyətləri ilə Estoniya Avropanın hələ tam kəşf edilməmiş istiqamətlərindən biri hesab olunur.
Aynil