Böyük Britaniyanın Uiltşir əyalətində yerləşən İmber kəndi 1943-cü ildən bəri yaşayış üçün bağlıdır.
Sfera.az bildirir ki, İkinci Dünya Müharibəsi zamanı sakinlər evlərini tərk etməyə məcbur edilib və geri qayıdacaqları vəd olunsa da, bu heç vaxt baş tutmayıb.
Kənd hazırda Müdafiə Nazirliyinin nəzarətindədir və ziyarətçilər üçün ildə cəmi 12 gün açılır. Pasxa, yay aylarında bir gün və Milad dövründə insanlar tərk edilmiş küçələrdə gəzmək imkanı əldə edirlər.
İmberdə binaların çoxu dağılsa da, Müqəddəs Giles Kilsəsi qorunub saxlanılıb və əsas maraq nöqtəsidir. Sükut, tərk edilmiş evlər və təbiətin kəndi geri alması buranı “zamanın dayandığı” məkan kimi tanıdır.
Aynil