Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndi ərazisində qeydə alınıb.


 


Məlumata görə, dəmiryolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu qatar vurub. Ağır bədən xəsarətləri alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


 


Faktla bağlı araşdırma aparılır.