Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) işçi axtarır.


 


Sfera.az “Yeni Sabah”a istinadla xəbər verir ki, ADNSU-Vorvik Universiteti ikili diplom proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edib.


 


Proqram rəhbəri ADNSU-da Vorvik Universiteti ilə birgə həyata keçirilən ikili diplom və beynəlxalq proqramlar çərçivəsində “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə tədris prosesinə akademik rəhbərlik edəcək.


 


Proqram rəhbərinin aylıq maaşı 3500-4000 manatdır.


 


Sənədlər yanvarın 22-dək qəbul olunacaq.