Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.


 


Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınııb.


 


Bakı istiqamətinə hərəkət edən "Mersedes" markalı avtomobil "VAZ2106" markalı maşınla toqquşub.


 


Qəza zamanı "VAZ"ın sürücüsü 1988-ci il təvəllüdlü Zaur Həsənov müxtəlif bədən xəsarətləri alıb. Sərnişin avtobusunda isə yaralı yoxdur. Sərnişinlər digər mikroavtobusla Bakı şəhərinə yola salınıb.


 


Qəza ilə bağlı araşdırma başlanılıb.