İranda etiraz aksiyalarında indiyədək 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşı həyatını itirib.


 


Sfera.az xəbər verir ki, bazar günü yayılan hesabatda bildirilib ki, iğtişaşlar İslam Respublikasının 2022-ci ildən bəri üzləşdiyi ən böyük kütləvi etiraz dalğalarından biri fonunda baş verib.


 


Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp yenidən sərt açıqlama verərək, etirazçılara qarşı güc tətbiq olunacağı təqdirdə ABŞ-ın müdaxilə edə biləcəyini bildirib. Trampın bu təhdidlərinə cavab olaraq İran tərəfi ABŞ-ı "səhv hesablama" etməməyə çağırıb və mümkün müdaxilə halında ABŞ hərbi bazalarının hədəf alınacağı ilə hədələyib.


 


Eyni zamanda, İsrail mənbələri ABŞ-ın İrana mümkün müdaxiləsi ehtimalı fonunda İsrailin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.


 


Qeyd olunur ki, bölgədə artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik risklərini daha da yüksəldir və beynəlxalq ictimaiyyət vəziyyəti yaxından izləyir.