İran XİN İranın xarici işlər naziri Abbas Əraqçi Trampı etirazlardan "bəhanə" kimi istifadə etməkdə günahlandırıb.
Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, nazir ölkə miqyasında etirazların ABŞ Prezidenti Trampın müdaxiləsi üçün bəhanə tapmaq məqsədilə "zorakı və qanlı" hala gəldiyini iddia edib. Əraqçi xarici diplomatların görüşündə zorakılığın həftəsonu artdığını, lakin "vəziyyətin hazırda tam nəzarət altında olduğunu" bildirib.
Bəsti Rəfizadə
Sfera.az