İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə bildirib ki, İran diktələri qəbul etmir və yalnız qarşılıqlı hörmət əsasında danışıqlara hazırdır.


 


Sfera.az xəbər verir ki,bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb. 




O qeyd edib:


 


“Dəfələrlə vurğuladığım kimi, biz danışıqlara açığıq. Lakin bu proses diktə edilmədən, bərabərlik və qarşılıqlı hörmət əsasında dürüst və ciddi şəkildə aparılmalıdır”.




Qeyd edək ki, görüş İranın dövlət televiziyası tərəfindən yayımlanıb.


 


Niyaz Hacıyev

Sfera.az