Bəzi ölkələrdə taksi xidmətlərindən istifadə xərclərinin 2026-cı ildə yüksələcəyi iddia edilir.


 


Azərbaycanda taksi qiymətlərində artımı müşahidə olunsa, bu ictimai nəqliyyat vasitələrində daha çox sıxlığına səbəb ola bilərmi?


 


Bu hal baş versə, tənzimlənmələr necə formalaşmalıdır?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu hazırda avtobus və metro kifayət qədər yüklü olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə pik saatlarda ictimai nəqliyyətdə ciddi sıxlıq müşahidə olunur və bu şəraitdə ora əlavə sərnişin axınını yönəltməyin real mənası yoxdur:


 


“Əgər yeni marşrut xətləri yaradılarsa, bu, başqa məsələdir. Amma mövcud reallığa baxanda, qatar, metro və ümumilikdə ictimai nəqliyyat artıq yüklüdürsə, üstəlik taksi qiymətləri də artıbsa, vətəndaşın faktiki olaraq yalnız bir seçimi qalır. O da şəxsi avtomobilə yönəlmək. Bu isə indiyədək gözlənilənlərin tam əksidir. Əgər məqsəd şəxsi avtomobillərdən istifadənin azaldılmasıdırsa, amma alternativlər həm yüklü, həm də getdikcə daha bahalıdırsa, bu, yalnız bir nəticə verir: vətəndaş məcbur qalaraq, ucuz da olsa, köhnə də olsa bir avtomobil tapacaq və heç olmasa öz maşını ilə hərəkət etməyə üstünlük verəcək”.


 


Fidan Hacızadə


Sfera.az