Türkiyədə mesajları bloklamaq, səssizləşdirmək və ya qəsdən cavab verməmək kimi davranışlar psixoloji istismar kimi qiymətləndirilərək ailə məhkəmələrində sübut kimi təqdim olunmağa başlayıb.


 


Sfera.az xəbər verir ki, vəkil Burak Evcinin sözlərinə görə, həyat yoldaşından gələn mesajları davamlı olaraq bloklamaq, cavabsız buraxmaq və ya görməməzlikdən gəlmək qarşı tərəfdə dəyərsizlik və təcrid hissi yaradır. Bu vəziyyət davamlı olarsa, psixoloji zorakılıq hesab olunur.


 


Evci həmçinin məhkəmələrin fərdin zehni bütövlüyünə zərər verən davranışları da nəzərə aldığını və Ali Məhkəmənin presedentlərini xatırladaraq əlavə edib:


 


"Həyat yoldaşının digərini görməzdən gəlməsi və ya ünsiyyəti qəsdən kəsməsi məsuliyyət yaradır. Rəqəmsal platformalarda edilən bu hərəkətlər də eyni qaydada qiymətləndirilir".


 


Mütəxəssislər qeyd edirlər ki, hər ünsiyyət pozuntusu hüquqi nəticələrə səbəb olmur, davranışın sistemli və qəsdən baş verməsi vacibdir. 


 


"Boşanma işlərində sübutlar, ekran görüntüləri, mesaj qeydləri və şahid ifadələri ilə dəstəkləndikdə, məhkəmə tərəfindən ciddi şəkildə nəzərdən keçirilir", - Evci əlavə edib.


 


Hüquq mütəxəssisləri vurğulayır ki, rəqəmsal ünsiyyət təkcə sosial deyil, həm də hüquqi məsuliyyətlər yaradan sahəyə çevrilib və fərdlər rəqəmsal davranışlarına diqqətli olmalıdırlar.


 


Firuzə Əliyeva

Sfera.az