Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.


 


Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev məlumat yayıb.


 


O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgəri Ruslan Vaqif oğlu Muradov döyüşdə həlak olub.


 


1987-ci il təvəllüdlü Ruslan sabah doğulub böyüdüyü Pyatixatsk rayonunun Jovte kəndində dəfn ediləcək.