Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.


 


Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.


 


Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib.


 


Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Latviya Respublikası tərəfinə bildiriş göndərməlidir.