“Qızıl Qlobus” mükafatlandırma mərasimində aparıcı və komediyaçı Nikki Qleyzer məşhur aktyor Leonardo DiKaprionu yumorlu çıxışı ilə lağa qoyub.


 


Sfera.az bildirir ki, mərasim zamanı Qleyzer DiKaprionun gənc qadınlarla münasibətləri ilə bağlı zarafat edib. O, aktyorun uğurlu karyerasını sadalayaraq, ən diqqətçəkən məqamın bütün bu nailiyyətlərə sevgililəri 30 yaşına çatmamış əldə etməsi olduğunu deyib. Zarafat zamanı 51 yaşlı DiKaprio gülümsəyərək başını aşağı salıb.


 


Qeyd edək ki, 41 yaşlı Nikki Qleyzer “Qızıl Qlobus” mərasiminə ardıcıl ikinci ildir aparıcılıq edir. Tədbir yanvarın 11-də ABŞ-ın Los-Anceles şəhərində yerləşən Beverli Hilton otelində keçirilib və maraqlı anlar mediada geniş işıqlandırılıb.


 


Komediyaçı çıxışının davamında zarafatına görə üzr istəyərək bunun “ucuz zarafat” olduğunu etiraf edib, lakin DiKaprionun şəxsi həyatı ilə bağlı ictimaiyyətin bildiyi əsas mövzunun da məhz bu olduğunu vurğulayıb.


 


Qleyzer, həmçinin, aktyorun verdiyi ən yaddaqalan müsahibələrdən birinin 1991-ci ildə “Teen Beat” jurnalında dərc olunduğunu xatırladaraq, DiKaprionun sevdiyi yeməyin “makaron, makaron və yenə də makaron” olduğunu deyib.


 


Zarafatlar zamanı Leonardo DiKaprio vəziyyəti təmkinlə qarşılayıb, gülümsəyərək baş barmağını yuxarı qaldırmaqla reaksiya verib.


 


Aynil