Dünyanın ən hündür binası kimi tanınan Burj Xəlifədən xeyli əvvəl Yaponiyada bütün rekordları kölgədə qoyacaq nəhəng bir layihə irəli sürülmüşdü. “Tokio Babil Qülləsi” adlanan bu konseptual dizaynın hündürlüyü 10 min metr planlaşdırılırdı ki, bu da 8848 metrlik Everest zirvəsindən təxminən 1150 metr yüksək demək idi.


 


Sfera.az bildirir ki, memar Toşio Ojima tərəfindən hazırlanan layihə Tokionun mərkəzində ucaldılmalı və 1969 mərtəbədən ibarət olmalı idi. Konik formalı bu nəhəng strukturda yaşayış, ticarət və sosial sahələr olmaqla təxminən 30 milyon insanın məskunlaşması nəzərdə tutulurdu.


 


Lakin layihənin reallaşmasına ciddi maneələr var idi. Tikinti üçün 10 milyard ton polad tələb olunur, ümumi xərclərin isə 23 trilyon funt sterlinqi keçəcəyi hesablanırdı. Üstəlik, tikintinin 100–150 il çəkəcəyi proqnozlaşdırılırdı.


 


Zəlzələ riski yüksək olan Tokioda belə bir nəhəng tikilinin təhlükəsizliyi, hava məkanının məhdudlaşması və yuxarı mərtəbələrdə ekstremal soyuq şərait layihənin qeyri-mümkün olmasına səbəb oldu.


 


Nəticədə Tokio Babil Qülləsi memarlıq tarixində reallaşmayan, lakin ən iddialı layihələrdən biri kimi qaldı.


 


Aynil