Yuta ştatında (ABŞ) yaşayan və üç uşaq atası olan Stiven Çeyz əməliyyatdan sonra çətinliklə bildiyi bir dildə danışmağa başlayıb. Mütəxəssislər onun olduqca nadir bir sindromdan əziyyət çəkdiyindən şübhələnirlər.
Sfera.az bildirir ki, 19 yaşlı Amerikalö gənc futbol oynayarkən aldığı zədədən sonra sağ dizindən əməliyyat olunub.
İndi 33 yaşı olan adam, ispan dili ilə bağlı yeganə təcrübəsinin məktəbdə bir neçə dərslə məhdudlaşdığını deyir. Bundan əlavə, bu dil orta məktəbdə yalnız bir il tədris olunub.
"Ona qədər ancaq saya bilirdim və bir neçə ifadə bilirdim. Amma İspan dilində danışdığımı xatırlamıram - yalnız insanlar məndən ingilis dilinə keçməyimi istəyirdilər və mən çox çaşqın idim"-deyə Stiv etiraf edir.
Hadisədən təxminən 15 il sonra cənab Çeyz özü hələ də bunun necə baş verdiyini başa düşə bilmir.
Bu arada, mütəxəssislər buna Xarici Dil Sindromu (FLS) kimi tanınan nadir bir vəziyyətin səbəb olduğuna əmindirlər.
"Bu, insanın müvəqqəti olaraq ana dilindən və ya aksentindən başqasına keçdiyi, sonra normal nitqinə qayıtdığı nadir bir fenomendir. Keçid qəfil və kortəbii şəkildə baş verir və xəstə yeni dildə səlis danışa bilər"- deyə mütəxəssis bildirib.
Alimlər qeyd edirlər ki, FLS beyin zədələnməsi, ağır psixoloji stress və ya anesteziyadan sonra sağalma da daxil olmaqla müxtəlif səbəblərdən yarana bilər. Anesteziya ilə əlaqəli hallarda nitq dəyişikliyi bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. 1907-ci ildə kəşf edildiyindən bəri, yalnız 100 təsdiqlənmiş hal qeydə alınıb.
Stiven özü beynin ispan dilinə "keçid"inin uşaqlıqda tez-tez bu dilə məruz qalması ilə əlaqəli olduğunu irəli sürür. Amerikalı əlavə edir ki, o, bir çox ispandilli insanlar arasında böyüyüb və ətrafında daim ispan dili eşidib.
"Ən yaxın dostumun evində çox vaxt keçirirdim və valideynləri həmişə ispan dilində danışırdılar. Onların nə dediklərini heç vaxt başa düşməsəm də, bunu həmişə eşidirdim"- deyə o yekunlaşdırıb.
Aynil