İngiltərədə fırtınadan sonra çəhrayı rəngə boyanan səma nağıllar aləmini xatırladıb. 


 


Sfera.az bildirir ki, Hednesford və Staffordşirddən paylaşılan şəkillər tez bir zamanda sosial mediada trend mövzularına çevrilib.


 


Şəkillərin mənbəyi sirr olsa da, izahat tez bir zamanda gəlib. “BBC Weather”in redaktoru Saymon Kinq atmosfer şəraitinin işığı qeyri-adi şəkildə əks etdirdiyini bildirib. Alçaq buludlar və qar örtüyü güclü işıqları şəhərdən səmaya aparır. Çəhrayı çalarların səbəbi isə əvvəlcə düşünüldüyü kimi təbii bir fenomen olmayıb (belə bir təbii fenomen mövcuddur-red.) 


 


Bütün şəhərin çəhrayı rəngə boyanmasının ünvanı futbol meydançası imiş. 


 


 


Belə ki, şəkillər Birmingem Siti Futbol Klubunun Müqəddəs Endryu stadionunun ətrafında çəkilib. Meydanda istifadə edilən çəhrayı LED işıqlar qar və bulud örtüyü sayəsində səmada əks olunub.


 


Qeyd edək ki, bu LED sistemləri otların böyüməsini dəstəkləmək üçün istifadə olunur. Gecə boyunca yanan işıqlar qarla örtülü şəhər mənzərəsi ilə birləşərək, demək olar ki, film səhnəsinə bənzəyən görüntülər yaradıb. Sözügedən görüntüləri sizə təqdim edirik.


 


 


Aynil