ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi ssenarilərlə bağlı ordunun tam hazırlıq vəziyyətində olmasına göstəriş verib.


 


Sfera.az  bildirir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, zərurət yaranarsa, Tramp ABŞ Silahlı Qüvvələrinin bütün imkanlarından istifadə etməkdən çəkinməyəcək.


 


Onun sözlərinə görə, Prezident hazırda diplomatiyaya üstünlük versə də, hava zərbələri də daxil olmaqla, İrana qarşı istənilən hərbi variant masadadır. Levitt vurğulayıb ki, ordu Trampın əmri altındadır və həm quru, həm də hava qüvvələri istənilən an hücuma keçməyə hazırdır.


 


Ağ Ev rəsmisi əlavə edib ki, İranın əsas güc elementlərindən sayılan nüvə infrastrukturu artıq əvvəlki aylarda ABŞ ordusu tərəfindən sıradan çıxarılıb. Buna baxmayaraq, Vaşinqton vəziyyəti yaxından izləyir və qərarlar təhlükəsizlik maraqlarına uyğun olaraq veriləcək.


 


 


Niyaz