Bakıda tikintidə ölüm hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə yanvarın 12-də saat 12 radələrində paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.


 


Həmin ünvanda aparılan tikintidə usta işləyən, 1986-cı il təvəllüdlü Əsgər Bəhruz oğlu Əsgərxanov binadan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.


 


Faktla bağlı araşdırma aparılır.oxu.az