Qrenlandiyada buzların altında Soyuq Müharibədən qalma tərk edilmiş ABŞ hərbi bazası – “Camp Sentry” aşkar edilib.
Sfera.az bildirir ki, əriyən buzlaqlar bazada basdırılmış minlərlə ton radioaktiv və kimyəvi tullantıları üzə çıxara bilər, bu da alimlər arasında ciddi narahatlıq doğurur.
1960-cı ildə tikilmiş baza nüvə reaktoru, yanacaq və kimyəvi maddələrlə təchiz olunmuşdu. Bazanın infrastrukturu buz hərəkətləri səbəbindən tez pisləşib və bir neçə ildən sonra tərk edilib.
Kolorado Universitetinin iqlimşünası Ceyms Uayta xəbərdarlıq edir ki, əriməkdə olan buzlar radioaktiv və kimyəvi tullantıları Arktika ekosistemlərinə və dünya okeanlarına sızdıra bilər.
Hazırda ərazidə təxminən 9.200 ton təhlükəli materialın qaldığı bildirilir.
Aynil